Türkiyə: "ABŞ-ın İran güzəştini uzatmağa çalışırıq"
27 Dekabr 2018 18:01 DünyaABŞ-ın İrana sanksiyalarla bağlı Ankaraya tətbiq olunan güzəştlərin müddətini uzatmağa çalışırıq.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Ticarət naziri Ruhsar Pekcan deyib.
"Bizim İranla azad ticarət razılaşmamız var. Biz nazirlər və texniki nümayəndə heyətləri səviyyəsində Türkiyənin bu qadağalardan azad olunması üçün fəaliyyətimizi davam etdiririk", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31