Yunanıstan miqrantlara dəstəyə görə maliyyə yardımı alacaq
27 Dekabr 2018 17:29 DünyaYunanıstan miqrasiya böhranına tab gətirmək üçün Avropa Komissiyasından 289 milyon avro məbləğində əlavə vəsait alacaq.
Bundan əlavə, İtaliya 5,3, Kipr 3,1 və Xorvatiya 6,8 milyon avro alacaqlar.
Vəsaitin əsas hissəsi miqrantların yerləşdirilməsi, yemək və su ilə təmin olunması, habelə təhlükəsizlik tədbirlərinə sərf olunacaq. BMT-nin qaçqınların işi üzrə ali komissarlıq idarəsinin məlumatına əsasən, 2018-ci ildə Yunanıstana 31045 miqrant daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31