Antarktidanın bir ucundan o biri ucuna təkbaşına keçdi

Amerikalı Kolin Obredi Antarktidanın bir ucundan o biri ucuna təkbaşına və köməksiz keçən ilk insan oldu.

"Ölkə.Az" xəbər verir ki, 33 yaşlı Kolin şimaldan cənuba doğru hərəkət edərək buzlu qitədə 1.482 km məsafəni 54 günə qət edib.

Onun tarixə keçən səfərini Portlanddakı ailəsi və yaxınları GPS vasitəsilə internetdə izləyib. Obredi məsafəni qət etdikdən sonra qələbəsi barədə ailəsinə telefonla məlumat verib.

Obredi "İmkansız bir ilk" başlığı ilə bəzi fotoları İnstaqram səhifəsində də paylaşıb.

Obredi səfər üçün 170 kq ağırlığında yük götürüb. O, səfərin 37-ci günü foto paylaşıb və fiziki cəhətdən nə qədər dəyişildiyini vurğulayıb. Macərapərəst amerikalı son 129 km məsafəni yatmadan keçirib.

2016-cı ildə qitəni tək başına keçməyə çalışan ingilis Henri Vorsleyin səyahəti ölümlə nəticələnmişdi. Onun dostu 49 yaşlı Luis Rudd isə Henrinin xatirəsinə bu məqsədə nail olmaq üçün 3 noyabrda Obredi ilə yola çıxıb. Rudd isə bir neçə gündən sonra səfərini başa vuracaq.


Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31