Əməliyyat üçün Türkiyədən əmr gözləyirik - ASO komandiri Berri
27 Dekabr 2018 18:41 Dünya"Azad Suriya Ordusu ilə Türk ordusunun uğurları aşkardır".
Azad Suriya Ordusunun komandirlərindən biri Əhməd Xalid Berri Firatın şərqinə və Münbiçə təşkil edilən əməliyyat üçün Türkiyədən əmr gözlədiklərini deyib.
O, verdiyi açıqlamada Türkiyənin Cerablusda, Azezdə, Raidə, Afrində uğurlu əməliyyatlar keçirdiyini qeyd edib:
"Azad Suriya Ordusu ilə Türk ordusunun uğurları aşkardır. Bu ərazilərdə İŞİD, PKK-PYD terror qruplaşmaları xalqa zülm edib. Lakin ASO və Türk ordusunun keçirdiyi əməliyyatlar nəticəsində bölgəyə sabitlik, təhlükəsizlik gəldi, çox adam evinə qayıtdı. İndi də Firatın şərqinə və Münbiçə təşkil edilən əməliyyatda bu terroristlər ərazidən təmizlənəcək və zorla köçürülən əhali evlərinə geri qayıdacaq. Bölgəyə sabitlik və təhlükəsizlik gələcək".
AzNews.az