Ermənistanda daha bir etiraz aksiyası keçirilib

Ermənistanın paytaxtı Yerevan şəhərindəki hökumət binasının qarşısında nəqliyyat şirkətlərinin vergi islahatına qarşı etiraz aksiyası keçirilir.

Nəqliyyat və informasiya texnologiyaları naziri əvəzi Haqop Arşakyan etirazçıları masa arxasında vəziyyəti müzakirə edərək çıxış yolu axtarmağa çağırıb.

Etirazçılar 1-2 həftə ərzində tələbləri qəbul edilməsə, yolları bağlamaq da daxil olmaqla daha təsirli etiraz üsullarına əl atacaqlarını bildiriblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31