Urban AB-nin Rusiya ilə bağlı mövqeyini parçalayacaq
24 Dekabr 2018 12:37 DünyaMacarıstanın Baş naziri Viktor Urbanın Ukraynanın Zakarpatya bölgəsində təsirini genişləndirməsi, ekspansionizmin göstəricisidir. Bu, Budapeştin Kiyevlə gərginliyini artırır və Avropa Birliyinin antirusiya sanksiyaları ilə bağlı vahid mövqeyini parçalamaq təhlükəsi yaradır.
Bu iddia ilə "Deyli Teleqraf" qəzeti çıxış edib.
"Zakarpatyadakı Bereqovo şəhəri diplomatik böhranın predmetinə çevrilib. Bu, Rusiya sanksiyaları ilə bağlı Avropanın birliyini pozur və Ukrayna üçün yeni sərhəd mübahisəsi yaradır", - deyə nəşr bildirib.
Qeyd edək ki, Macarıstanla Ukrayna arasında münasibətlər son illər ərzində gərginləşib. Buna səbəb Ukraynanın yeni təhsil haqqında qanunu olub. Belə ki, bu qanun sayəsində bölgədəki yerli macarların öz dillərində təhsil almaqla bağlı problemləri yaranıb. Rəsmi Budapeşt buna görə Kiyevi sərt tənqid edib.
axar.az