Fələstin silahlıları “Qayıdış”a hazırlaşır – 4 gün sonra...

Həftənin cümə günü baş tutacaq "Böyük Qayıdış Yürüşü" münasibətilə Fələstində fəaliyyət göstərən silahlı dəstələr İsrailə xəbərdarlıq edib.

Bu barədə Fələstindəki silahlı birləşmələri təmsil edən Fələstin Dirəniş Qrupları Ortaq Əməliyyat Qurumundan açıqlama yayılıb.

"Gələn cümə "Böyük Qayıdış Yürüşü" zamanı sionist düşmənin verəcəyi imtahan düşmənin davranış və niyyətini müəyyən etmək baxımından önəmli bir gün olacaqdır. Verəcəyimiz reaksiya hazır və ağır olacaqdır. Bunun forması, zamanını və istiqamətini düşmənin davranışları müəyyən edəcəkdir", - açıqlamada deyilib.

Qeyd edək ki, 30 martdan etibarən "Böyük Qayıdış Yürüşü" çərçivəsində baş tutan qarşıdurmalarda 240 fələstinli öldürülüb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31