Beyrutda qiymət artımına qarşı aksiya toqquşma ilə nəticələnib
24 Dekabr 2018 12:17 DünyaLivanın paytaxtı Beyrut şəhərində bahalıq və sosial şəraitin pisləşməsinə qarşı keçirilən kütləvi etiraz nümayişi polislə toqquşmaya gətirib çıxarıb.
B barədə bazar günü "Al-Watania" agentliyi məlumat yayıb.
Polis dəstələri və ordu gözətçiləri mağaza vitrinlərinin dağıdıldığı və valyutadəyişmə məntəqələrinə hücum edildiyi Hamra ticarət küçəsində gənclərdən ibarət kütlənin qarşısını almaq üçün güc tətbiq edib.
Toqquşmalar Tabaris rayonunda və Bişara əl-Huri prospektində də baş verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31