Almaniyada sərnişin təyyarəsi kofe aparatına görə təcili eniş edib
24 Dekabr 2018 12:13 DünyaAlmaniyanın "Lufthansa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki kofe dəmləyən aparatda qısa qapanmanın baş verməsi səbəbindən Hamburq şəhərində təcili eniş edib.
Bu barədə aviaşirkətin nümayəndəsinə istinadən DPA məlumat yayıb.
Bildirilir ki, təyyarə Danimarkanın Billunn şəhərindən Frankfurta uçurmuş.
Məlumata görə, uçuş zamanı heyət üzvləri göyərtə mətbəxində yanıq iyi hiss ediblər. Bu səbəbdən hava gəmisinin komandiri Hamburq aeroportunda eniş etmək barədə qərar qəbul edib.
Daha əvvəl ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31