İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır

İsrail ABŞ Silahlı QüvvələrininSuriyadan çıxmağa dair bəyanatından sonra, lazım gələrsə, İranın ərəb respublikasında möhkəmlənməsinə qarşı müqavimətini fəallaşdırmağa hazırdır.

Bu bəyanatla bazar günü yəhudi hökumətinin həftəlik iclasında baş nazir Binyamin Netanyahu çıxış edib.

"İki min Amerika əsgərinin Suriyadan çıxarılması qərarı bizim davamlı siyasətimizi dəyişməyəcək: biz İranın Suriyada hərbi meydan yaratma cəhdlərinə qarşı müqavimətimizi davam etdirəcəyik və əgər lazım gələrsə, hətta orada öz fəaliyyətimizi genişləndirəcəyik", - deyə İsrail hökumətinin başçısı bildirib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ qoşunlarının Suriyadan çıxarmağa başladığını məlumat verib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31