ABŞ bayram günlərində Barselonada terror hücumlarının gözlənildiyi barədə xəbərdarlıq edib
24 Dekabr 2018 12:03 DünyaABŞ Dövlət Departamenti amerikalıları İspaniyanın Barselona şəhərində, xüsusilə Ramblas bulvarında keçiriləcək Yeni il şənlikləri zamanı terror hücumlarının gözlənildiyi barədə xəbardar edib.
Bu barədə məlumat idarənin "Twitter" səhifəsində dərc olunub.
"Terrorçular, turizm obyektləri, nəqliyyat mərkəzləri və digər ictimai yerləri hədəfə alaraq, demək olar ki, xəbərdarlıqsız hücum edə bilərlər", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Almaniyanın hava limanlarında terror təhlükəsinin olması barədə xəbərdarlıq edilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31