İndoneziya Prezidenti: "Hökumətin sunami təhlükəsi barədə xəbərdarlıq etmək imkanı olmayıb"

İndoneziya Prezidenti Coko Vidodoprofil qurumların 280 nəfərdən çox insanın ölümünə səbəb olan sunami təhlükəsi barədə əvvəlcədən xəbərdarlıq etmək imkanın olmadığını etiraf edib.

Bu barədə dövlət başçısı Yava adasındakı Banten əyalətində təbii fəlakətin daha çox təsir etdiyi Pandeqlanq bölgəsinə səfər etdikdən sonra bildirib.

Onun sözlərinə görə, sunamisi qeyri-müəyyən xarakterli olduğundan müxtəlif məsul qurumlar əvvəlcədən xəbərdarlıq edə bilməzdilər.

Qeyd edək ki, Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho daha əvvəl fəlakət qurbanlarının sayının 281-ə çatdığını, 1000-dən çox insanın xəsarət aldığını bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31