Nikol Paşinyanın heykəlinin başını qoparıblar
24 Dekabr 2018 11:54 DünyaErmənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolunun üstündə qoyulan heykəlinin başını qoparıblar.
Başsız heykəlin fotosu və videosu sosial şəbəkələrdə yayılıb.
N.Paşinyanın heykəli artıq tanınmaz hala düşüb. Abidənin başını kimin qopardığı məlum deyil.
Bundan əvvəl heykəlin ayağının bir hissəsi qoparılaraq oğurlanmışdı.
Qeyd edək ki, heykəl "Mənin addımım" adlanır. Bu, N.Paşinyanın Gümrüdən başlayan yürüşünün rəmzidir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31