Hindistan ballistik raketini sınaqdan keçirdi
10 Dekabr 2018 16:08 DünyaHindistan Əbdül-Kəlam adasında Aqni-5 qitələrarası ballistik raketini sınaqdan keçirib.
İANS agentliyi bunun Hindistanın Strateji Qüvvələr Komandanlığının raketin silahlanmaya qəbul edilməsindən öncəki son sınağı olduğunu qeyd edib.
Qeyd edək ki, Aqni-5 raketinin sınaqlarına 2012-ci ildən start verilib. Raket 5 min kilometrdəki hədəfləri məhv etmək gücündədir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31