Zəncanda qədim ad farscaya dəyişdirildi – Etiraz başladı
10 Dekabr 2018 15:18 DünyaZəncan bazarında "Dörd ağızlı timçə" adı dəyişdirilərək "Timçe çahar dərbi" adlandırılıb.
Zəncanın Bələdiyyə İdarəsinin örtülü bazarda yerləşən "Dörd ağızlı timçə"nin adının sırf türkcə olduğu üçün dəyişdirildiyi bildirilir.
Bələdiyyə İdarəsinin bu hərəkəti bazarda fəaliyyət göstərən soydaşlarımızın etirazı ilə qarşılanıb. Bundan sonra zəncanlı gənclər Azərbaycana qarşı yönələn təxribata dözməyib, bazarın girişindən "Dörd ağızlı timçə" yazılmış lövhə asaraq türkcə adı bərpa ediblər.
Qeyd edək ki, Zəncanın örtülü bazarı uzunluğuna görə İran və Güney Azərbaycanın ən böyük tarixi bazarıdır. Bu bazar Qacarlar dövründə Fətəli Şah tərəfindən qurulub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31