Kanadada “Huawei” şirkətinin menecerinə məxsus evdən oğurluğa cəhd olub

Vankuver polisi "Huawei" şirkətinin hazırda həbsdə olan maliyə direktoru Menq Vanjounun həyat yoldaşına məxsus evi naməlum şəxslər tərəfindən yarmaq cəhdilə bağlı araşdırma aparır.

Ötən gün səhər evə gələn soyğunçular qonşular tərəfindən ürküdülürərək uzaqlaşdırılıblar. Hələlik heç kim saxlanılmayıb.

Xatırladaq ki, "Huawei" şirkətinin banisi Ren Jenqfeinin qızı olanMenq Vanjou dekabrın 1-də ABŞ hökumətinin sorğusu ilə İran vs. sanksiya tətbiq olunan ölkələrə ABŞ məhsullarını tədarük etməkdə şübhəli bilinərək həbs olunmuş, bununla bağlı ÇİN Xarici İşlər NazirliyiABŞ səfirini çağırıb etirazını bildirmişdi.

"Reuters" xəbər verir ki, Çin hökuməti Menq Vanjounun azad olunması üçün təzyiq göstərsə də, Kanada prokurorluğu onun ABŞ-a ekstradisiyası üçün hazırlıq görür.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31