PKK-ya zorla aparılan gənc qızların qorxulu hekayəti - "Hamımızı zorladılar"
10 Dekabr 2018 11:52 Dünya"Orda yaşadıqlarım barədə kitab yazmaq istəyirəm".
PKK terror təşkilatı aldadıb dağa apardığı uşaqları bir-bir öldürür.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zülmdən qaçarkən öldürülür. Onlar öldürdüyü uşaqların adını açıqlayanda "Türk əsgərlərinin keçirdiyi əməliyyatlarda öldülər", - deyirlər.
Kəşfiyyat dəstələrinin hazırladığı hesabata görə, terror təşkilatı son 5 ildə 1086 uşağı aldadıb, ya da qaçırdaraq dağa çıxarıb. Son 3 ildə qaçarkən tutulan 52 uşaq işgəncə verilərək öldürülüb.
Hesabatda son 1 ildə PKK-dan qaçıb polislərə təslim olan 15-17 yaşlı 41 uşaq terroristlərin izahatları var. Onların dediklərinə görə fiziki işgəncələrlə bərabər cinsi istismara da məruz qalıblar. Qruplaşmanın rəhbərləri yaşlarına baxmadan qız uşaqlarını "Mən böyüdəcəm" deyib, cinsi istismara məruz qoyurlar.
Sağ qalan uşaqlardan bəzilərinin verdiyi izahatlar hamını dəhşətə gətirib:
B.K. (17): 13 yaşında 4 rəfiqəmlə nərgizgülü festivalına baxmaq üçün qonşu kəndə getdik. Hamımıza meyvə suyu verdilər. Gözlərimizi Qəndildə bir mağarada açdıq. İşgəncə, cinsi istismar... Dəfələrlə istifadə etdilər. Dicle, Berfin, Zühre və Dilan qaçanda tutuldular. Ürəklərindən güllələdilər.
N.S.(17): 2016-cı ildə tanıdığımız biri vasitəsilə PKK-ya qatıldıq. Hər şeyin yalan olduğunu 10 gün içində anladıq. Dostum Xəlil "Küçədəki itlər bizdən yaxşı yaşayır" deyib terroristlə dalaşandan sonra yoxa çıxdı. Keçən il mənimlə yaşıd olan 6 nəfəri tutdular. Cəllad Soro adlı adam onları dağlamağa başladı. Sonra bizə "Bunları siz də yaşamaq istəyərsiniz?" dedi. İşgəncədən sonra onları başlarından güllələdi.
S.F.(16): 2016-cı ildə məhəlləmizdə Həsən adlı kişi 100 lirə verib, "Polis maşını görsəniz daşlayın" dedi. Sonra gəlib "Sizi axtarırlar, bir müddət gizlədəcəm" deyərək bizi Suriya sərhədinə apardı. Bizi terroristlərə təhvil verib getdi. Tunel qazmaq üçün işlətdilər. Qəndildə 100-dən çox uşağın olduğu yerdə qaldım. 15-16 yaşlı hamilə qız gördüm. 2 ildə yaşadıqlarımı 2 əsr keçsə, unutmaram. Qaçdım. Orda yaşadıqlarım barədə kitab yazmaq istəyirəm.