Kaliforniyada it sahiblərini külə dönmüş evləri yanında bir aya yaxın gözlədi
10 Dekabr 2018 11:27 DünyaKaliforniyada it sahiblərini bir aya yaxın onların ştatda baş verən güclü yanğınlardan öncə evləri olduqları yerdə gözləyib.
Qeyd olunur ki, Medison adlı it sanki "keçmiş evini qoruyurdu". Sahibsiz itlərin xilas olunması üzrə yerli təşkilatın əməkdaşı mütəmadi olaraq iti yemləyib.
Xatırladaq ki, Kaliforniyada noyabrın 8-də güclü meşə yanğınları başlamışdı. Yanğın ştatın tarixinə ən dağıdıcı yanğın kimi düşüb. O yalnız noyabrın 25-də lokallaşdırılıb. Son məlumatlara əsasən, yanğın nəticəsində 85 nəfər ölüb, 14 minə yaxın ev, 528 kommersiya binası və 4 min digər tikili dağılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31