Fransada silahlı hücum: 3 qadın yaralanıb

Fransada silahlı hücum nəticəsində 3 qadın bıçaq xəsarətləri alıb.

Hadisə Müluz şəhərində baş verib. Bıçaqla silahlanan kişi şəhər vağzalında 28, 58 və 60 yaşında qadınlara hücum edərək, onlara xəsarət yetirib.

Silahlı şəxs tezliklə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara əsasən, o, ruhi bir xəstəlikdən əziyyət çəkir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31