Vaxt yarı oldu, seçici aktivliyi 25 faizi keçmədi - ERMƏNİSTANDA SEÇKİ FİASKOSU

Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 14:00-a olan hesabatına hesabatına əsasən, parlament seçkilərində səsverməyə 636 min 55 nəfər seçici qatılıb.

Publika.az xəbər verir ki, bu ümumi seçici sayının 24.53%-i deməkdir.

Qeyd edək ki, səsvermə hüququna malik erməni vətəndaşlarının sayı 2,592,479 nəfərdir. Xatıladaq ki, saat 08:00-da başlayan seçki prosesi axşam saat 20:00-da başa çatacaq.

*****

13:18

Səhər saat 08:00-dan etibarən başlayan seçkilərdə cəmi 201,250 (7,76% səs) nəfər iştirak edib.

Publika.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Laura Galstyan deyib.

Bu nəticə saat 11:00-a qədər aparılan seçki prosesində qeydə alınıb. Ekspert dairələri seçki prosesinin olduqca passiv keçdiyini bildirir.

MSK-nın rəsmi hesabatına əsasən, səsvermə hüququna malik erməni vətəndaşlarının sayı 2,592,479 nəfərdir.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərini izləmək üçün 70 yerli kütləvi informasiya vasitələrindən 1200, 31 xarici media vasitələrindən təxminən, 80 nümayəndə akkreditə olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31