Polşa rus qazına alternativ tapdı: “Şimal axını”na cavab

Danimarkanın ərazi sularından keçən yeni qaz kəməri tikiləcək. Bu kəmər Norveç qazını Polşaya çatdırmaqla ölkənin Rusiyadan asılılığını azaldacaq.

Bu məlumatı Almaniyanın N-TV kanalı yayıb. Məlumata görə, yeni kəmər "Şimal axını 2" kimi Baltik dənizinin dibi ilə çəkiləcək. Artıq Danimarka bu kəmərin tikintisinə izn verib. Qaz kəmərinin 2022-ci ildə istismara verilməsi nəzərdə tutulub. Kəmərlı Polşaya 10 milyard kub metr qaz tədarük edilməsi planlaşdırılıb.

Qeyd edək ki, 2022-ci ildə Polşanın Rusiya ilə qaz müqaviləsi başa çatır. Varşava bundan öncə ABŞ-ın sıxılmış qazının alınması üçün müqavilə imzalayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31