Lavrov Putin-Tramp görüşü haqqında proqnoz verməkdən imtina edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında tam formatlı görüşün nə vaxt keçiriləcəyi ilə bağlı hətta proqnoz verməkdən belə imtina edib.  Lavrov hətta Kerç boğazında baş verən hadisənin iki prezident arasındakı görüşün pozulmasına istiqamətli təxribat olub olmadığına dair fərziyyələr də verməyib.

O deyib: "Mən sui-qəsd nəzəriyyələrinin və komplo teorilərinin tərəfdarı deyiləm. Lakin son zamanlar bir çox təxribatlar əhəmiyyətli hadisələr zamanı baş verməyə başlayıb ki, bundan dərhal sonra sanksiya ritoriklərindən cəzalandırmaq üçün istifadə edilir".

Qeyd edək ki, Putin və Tramp arasında görüş Buenos-Ayresdəki G20 zirvəsində planlaşdırılsa da, ABŞ lideri Kerç boğazında baş verən hadisələrlə bağlı rusiyalı həmkarı ilə görüşdən imtina edib.

Buna baxmayaraq, Putin, Argentinanın G20 zirvəsi çərçivəsində Amerika lideri ilə qısa bir söhbət edib.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31