“Mənim addımım” bloku qanunları pozur - Armen Aşotyan

Respublika partiyasının sədr müavini Armen Aşotyan növbəti dəfə bəyan edib ki, Nikol Paşinyanın lideri olduğu "Mənim addımım" seçki bloku deputatlığa namizədlərin təbliğat plakatlarını icazəsiz yerlərdə yapışdırırlarRespublika partiyasının təmsilçisi adıçəkilən seçki blokunun qanunsuz yerlərdə təbliğat apardıqlarını iddia edir.

"Növbəti dəfə yazılmamış qanunlar pozuntusu. Məgər Eçmiədzində kafedral kilsənin hasarından başqa şəkil yapışdırmağa yer yoxdur? Bu, həqiqətən də xoş deyil, belə etməyin", deyə Armen Aşotyan Facebook səhifəsində sözügedən məsələ ilə bağlı fotoşəkli paylaşıb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31