Tramp Çini “ram” etməsindən yazdı: Rüsum ləğv edilir
3 Dekabr 2018 12:15 DünyaÇin ABŞ-dan idxal etdiyi avtomobillərə tətbiq olunan rüsumları azaltmağa və ləğv etməyə razılıq verib.
Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
Qeyd edək ki, ABŞ-ın Çinə gömrük rüsumları tətbiq etməsindən sonra rəsmi Pekin ABŞ avtomobillərinə rüsumu 40% artırıb, digər ölkələrdən olan avtomobillər üçün rüsumu 15% azaldıb.
Trampla Çin lideri Szinpinin Argentinada 2,5 saat çəkən görüşündən sonra isə müəyyən razılıqlar əldə olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31