Latviyada Rusiya İmperiyasının on əsgərinin qalıqları tapılıb
3 Dekabr 2018 11:57 DünyaLatviyanın Valqund qəsəbəsində aparılan qazıntılar zamanı, ehtimala görə, Rusiya İmperiya Ordusunun I Dünya müharibəsi dövründə həyatını itirmiş 10 əsgərinin qalıqları aşkar edilib.
Bu barədə bazar günü "Legenda" axtarış heyətinin qazıntılarında iştirak edən Latviya Seyminin deputatı Regina Loçmele-Lunyeva öz "Facebook" səhifəsində yazıb.
"Bir dekabr, mənfi 11 Selsi dərəcə... Vladislav Çistyakovun sehirli şupları ilə tapılmış iki xəndəkdən I Dünya müharibəsinin 10 əsgəri çıxarılıb, hamısı Rusiya İmperiya Ordusuna məxsusdur", - deyə Loçmele-Lunyeva bildirib.
Qazıntılar zamanı həmçinin döyüş sursatları, pravoslav xaçları və düymələr aşkar olunub. Mütəxəssislərin fikrincə, tapılan əşyalar əsgərlərin Rusiya İmperiyası tərəfidən döyüşdüyü anlamına gəlir.
report
