Əfqanıstanda terrorçular azı 40 dinc sakini oğurlayıblar
3 Dekabr 2018 11:51 DünyaƏfqanıstanın şimalında azı 40 dinc sakin "Taliban" terror qruplaşmasının üzvləri tərəfindən oğurlanıb.
Bu barədə yerli polisə istinadən "Tolo News" telekanalı məlumat yayıb.
Samanqan əyalətinin polis nümayəndəsi Məhəmməd Munir Rəhiminin sözlərinə görə, hücum bazar günü səhər Daresuf rayonu ərazisindəki kənddə baş verib. O, hazırda girovların azad edilməsi üzrə əməliyyat aparıldığını bildirib.
Bundan əvvəl Əfqanıstanda aviazərbələr nəticəsində azı 20 dinc sakin həyatını itirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31