Kabildə nikah sarayında PARTLAYIŞ - 40 ölü
20 Noyabr 2018 18:35 DünyaƏfqanıstanın paytaxtı Kabildə güclü partlayış insan tələfatına səbəb olub. İnsident nikah evində baş verib.
Məlumata görə, nikah sarayında partlayış nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.
Yaralıların dəqiq sayı hələ məlum deyil.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.
Partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31