İsrailin DİN rəhbərinə cinayət işi açıla bilər

İsrailin daxili işlər naziri Arye Deri barədə cinayət işi açıla bilər. İsrail polisi, "ŞAS" partiyasının lideri Derinin fəaliyyətlərinin araşdırılmasını tələb edib. Nazir vergi yayındırmaqda, çirkli pulların yuyulmasında və digər maliyyə cinayətlərində ittiham olunur.

Polisin versiyasına görə, cinayətlərin əksəriyyəti Deri nazir təyin edildiyi 2015-ci ilə qədər törədilib.

Qeyd edək ki, nazir 2000-ci ildə korrupsiya və rüşvətxorluq ittihamları ilə 22 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31