Belçikada elə etiraz başladı ki, fövqəladə vəziyyət elan edildi

Belçikanın Eno əyalətinin qubernatoru Tommi Leklerk etiraz aksiyaları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Belçikada sürücülər dizel yanacağına əlavə dəyər vergisinin artırılması ilə bağlı etiraz aksiyaları keçirir.

Bu gün səhər saatlarından etibarən etirazçılar Mons-Brüssel magistral yolunu bağlayıb və yanacaq daşıyan maşını yandırıb.

Etirazçılar xüsusi parlaq jiletər geydiyi üçün, aksiya "sarı jiletlər" adlandırılıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31