Bu ölkə Rusiya ilə hərbi əlaqələri dayandırır
19 Noyabr 2018 15:38 DünyaSlovakiya Moskva ilə münasibətləri bacardığı qədər sürətli şəkildə kəsir.
Bunu "Defens Nyus"a müsahibəsində Slovakiya Müdafiə naziri Robert Ondreyçak deyib.
"Rusiya ilə müdafiə əməkdaşlığı sahəsində ciddi istiqamətlərdən biri MiQ-29 təyyarələridir. Amerikanın F-16V qırıcılarını almaqla Slovakiya Rusiya ilə əməkdaşlığı azaltmaq istəyir. Slovakiya Amerikadan həmçinin Sikorski UH-60M helikopterlərini almaq niyyətindədir. Bu helikopterlərin sovet istehsalı olan Mi-17 vertolyotlarını əvəz etməsi gözlənilir. Biz Amerikanı 70 il öncə olduğu kimi, azad dünyanın lideri olaraq görmək istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31