Almaniyada keşiş kilsədən 120 min avro oğurlayıb
19 Noyabr 2018 12:51 DünyaAlmaniyada keşiş kilsənin xəzinəsindən 120 min avro oğurlayıb.
Məlumatı Maqdeburq Yeparxiyası yayıb.
Hadisə ölkənin Saksoniya-Anhalt torpağındakı Ballenstadr şəhərində baş verib.
Bernard Qaulitta adlı vəzifəli keşiş yerli Polis İdarəsinə gedərək, kilsənin xəzinəsindən 120 min avro oğurladığını etiraf edib. Keşiş internet fırıldaqçılarının tələsinə düşdüyü üçün bu günahı işlətməyə məcbur olduğunu bildirib.
B.Qaulitta barəsində həm hüquq-mühafizə orqanlarında, həm də kilsədə araşdırma aparılır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31