Çin və İndoneziya milli valyutalar üzrə svop sazişi imzalayıb
19 Noyabr 2018 12:48 DünyaÇin və İndoneziyanın Mərkəzi bankları milli valyutalar üzrə svop sazişi imzalayıb.
Bu barədə Çin Xalq Bankının məlumatında deyilir.
Svop xəttin həcmi 200 milyard yuan və ya440 trilyon İndoneziya rupisi olacaq, bu da, təxminən, 28,8 milyard ABŞ dolları deməkdir. Saziş üç il müddətinə nəzərdə tutulub və hər iki tərəfin razılığı əsasında uzadıla bilər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31