Senator Salmanı vurdu: "Qaşıqçını sən öldürmüsən!"
19 Noyabr 2018 12:31 DünyaQaşıqçı cinayətində Səudiyyə şahzadəsi Salmanın əli var.
Bu sözləri ABŞ-ın Arizona ştatının senatoru Cef Fleyk deyib.
"Belə görünür ki, bu qətlin sifarişini o özü verib. Buna görə də həmin olayı "möhtəşəm müttəfiqimiz" deyərək ört-basdır etmək olmaz. ABŞ gec-tez bu reallığı qəbul edəcək", - Fleyk bildirib.
Senator Səudiyyənin Yəməndə səbəb olduğu qətliamları da sərt şəkildə tənqid edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31