Çindən növbəti həmlə: ABŞ və Rusiyaya rəqib...
19 Noyabr 2018 12:27 DünyaÇin "Çançjen-3V" raket daşıyıcısını uğurla kosmosa buraxıb.
Bu məlumatı Çinin Aerokosmik Elmlər və Texnikalar Korporasiyası yayıb. Məlumata görə, Çin raket daşıyıcısı kosmosa iki "Beidou 3" naviqasiya peyki aparıb. Bununla da Pekin "Beidou" qlobal naviqasiya şəbəkə sisteminin yaradılması prosesini başa çatdırıb. Çin bununla "Beidou"nun beynəlxalq bazara çıxması üçün mühüm addım atıldığını bildirib.
Qeyd edək ki, "Beidou" ABŞ-ın GPS və Rusiyanın QLONASS sistemlərinin əsas rəqibi sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31