Meksikanın məşhur narkobaronu öldü

Meksikanın məşhur narkobaronu Ektor Beltran Leyva ölüb.

O, infarktdan dünyasını dəyişib. Onun həbsxanadan Toluka şəhər xəstəxanasına çatdırılan zaman öldüyü bildirilib.

Qeyd edək ki, Ektor Beltran Leyvan 2014-cü ildə yaxalanıb. 2016-cı ildə onun ABŞ-a ekstradisiyası son anda baş tutmayıb.

Ektor 9 il məşhur "Beltran Leyva" kartelinə rəhbərlik edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31