Kremldən Polşaya cavab: “Şimal axını 2” Avropaya sərf edir

Polşa baş nazirinin "Şimal axını 2" ilə bağlı bəyanatı çox uğursuzdur.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu layihə Avropa üçün faydalıdır.

"Bu, uğursuz bəyanatdır. "Şimal axını 2" sərfəli və iqtisadi əsaslandırılmış layihədir. O, iqtisadi baxımdan təkcə tədarükçü üçün yox, həm də Avropada bu qazı alanlar, xüsusilə də Almaniya üçün sərfəlidir".

Qeyd edək ki, bundan öncə Polşa Baş naziri Mateuş Moravetski Rusiyanın "Şimal axını 2" layihəsini hazır edən kimi Ukraynaya hücum edəcəyini bəyan edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31