Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb
19 Noyabr 2018 11:46 Dünyaİsrailin baş naziri Binyamin Netanyahubazar günü ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.
O, bunu Müdafiə NazirliyininTel-Əvivdəki binasından televiziya ilə müraciəti zamanı deyib.
"Mən müdafiə naziri vəzifəsinin icrasına başlayıram", - deyə o bildirib.
Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hökumətin fələstinlilərə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31