Makron Avropanı iri dövlətlərə qarşı müqavimət göstərməyə çağırıb

Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır.

Bunu Fransa prezidentiEmmanuel Makron bundestaqda çıxışı zamanı deyib.

"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur...Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz".

Bundan əvvəl Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31