Tramp Ağ evdə özünü rahat hiss etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, prezident statusuna alışmaq bir qədər vaxt tələb etsə də, Ağ evdə yaşamaq onun üçün rahatdır.

O, bunu bazar günü "Fox News" telekanalına müsahibəsində deyib.

"Mən özümü rahat hiss edirəm. Mənə bir qədər vaxt lazım oldu. Bilirsiniz ki, bu özlüyündə inanılmazdır. Siz deyirsiniz: "Siz Birləşmiş Ştatların prezidentisiniz", mən isə cavab verirəm: "Vau". Və buna alışmaq üçün vaxt lazımdır", - deyə o bildirib.

O, həmçinin Oval kabinet haqqında da fikirlərini bölüşüb və bildirib ki, onun dünyada tayı-bərabəri yoxdur.

"Bizim 7 masamız var. Prezident kimi siz onlardan istənilən birini seçə bilərsiniz. Məncə, naxışları baxımından bu daha gözəldir. Eyni zamanda bundan mənim hörmət etdiyim insanlar istifadə ediblər", - deyə o qeyd edib.

Bundan əvvəl Donald Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31