Perunun sabiq prezidenti Uruqvaydan sığınacaq istəyib

Perunun korrupsiyada şübhəli bilinən sabiq prezidenti Alan Qarsiya Uruqvayın Lima şəhərindəki səfirliyində gizlənib və oradan sığınacaq istəyib.

Bu barədə PerununXarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Xarici İşlər Nazirliyi xəbər verir ki, Şərqi Uruqvay Respublikasının səfiri bu səhər bizi Perunun sabiq prezidenti Alan Qarsiyanın şənbə günü axşam onun iqamətgahına gəldiyi barədə məlumatlandırıb", - deyə idarənin kommünikesində bildirilir.

Peru XİN-in məlumatına görə, indi Qarsiyanın xahişi Uruqvay hökuməti tərəfindən müvafiq şəkildə araşdırılmalıdır.

Bundan Perunun sabiq prezidenti xəstəxanaya yerləşdirilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31