Nurməhəmmədov Dağıstanda gecə klublarının bağlanmasını təklif edib
19 Noyabr 2018 11:21 DünyaRusiyalı samboçu, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Mahaçqaladakı gecə klublarından birində qvardiya zabitinin qətlindən sonra Dağıstanda belə müəssisələrin bağlanmasını təklf edib.
Bu barədə o öz "İnstagram" səhifəsində bu tip əyləndirici klubların bağlanmasına çağıran yerli bloqqerin videosunu paylaşaraq yazıb.
"Tam dəstəkləyirəm. Həmvətənlərimə sualım var: bu gecə klubları cəmiyyətimizə nə fayda verir?", - deyə o bildirib.
Bundan əvvəl Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31