Rusiyalı bloger telefon almaq üçün bir vanna qəpik gətirdi
15 Noyabr 2018 16:12 DünyaRusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki "iPhone XS" telefonunu almaq üçün mağazaya düz bir vanna pulla gəlib.
Bloqer görüntüləri öz YouTube kanalında yerləşdirib.
Kovalenko dostlarının köməyi ilə pul ilə dolu vannanı avtomobilə yükləyib və ticarət mərkəzinə girib. Vannanı yerə qoyan bloger telefon almaq istədiyini bildirib.
Hamam vannasına doldurulmuş qəpik pulları saymaq satıcılar üçün problem yaratsa da, bu görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31