Navalnı uddu: Rusiya təzminat ödəyəcək – Məbləğ
15 Noyabr 2018 16:00 DünyaAvropa İnsan Haqları Məhkəməsinin Ali Palatası "Navalnı Rusiyaya qarşı" işiylə bağlı yekun qərarını açıqlayıb.
Məhkəmədə Aleksey Navalnının iddiası təmin edilib. Qərara əsasən, Rusiya müxalif siyasətçiyə mənəvi zərərə görə 50 min avro, maddi zərərə görə 1025 avro, məhkəmə xərclərinin ödənilməsi üçün 12653 avro kompensasiya ödəməlidir. Məhkəmə bununla Navalnının saxlanılmasının siyasi xarakterli olduğunu təsdiq edib.
Qeyd edək ki, Navalnı bundan öncə həbsləri və mitinqlərdə saxlanılmasıyla bağlı Avropa Məhkəməsinə müraciət etmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31