Putin açıqladı: Trampla bunu müzakirə etdik

Parisdə ABŞ Prezidenti Donald Trampla neft qiymətlərini müzakirə etmişəm.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib. O, neftin indiki qiymətlərinin stabil olmadığını deyib.

Putin, həmçinin, Avropa dövlətlərini Suriyanın bərpasına yardıma da çağırıb:

"Əgər Avropa yeni miqrant axını istəmirsə, o zaman bütün fobiyalardan xilas olub, Suriya xalqına yardım etməlidir. Avropa Suriyadakı siyasi prosesə yardım etməlidir".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31