Ermənistan hökumətinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib
15 Noyabr 2018 13:51 DünyaErmənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.
"Biz də varıq" şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər.
Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun "pis nümunə ola biləcəyi" vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də İrəvanda etiraz aksiyasına toplaşmışdılar.
Etirazçılar bu gün öz təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etmək niyyətindədirlər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31