Rusiya Xəzər donanmasını gücləndirir – Yeni raketlər
15 Noyabr 2018 13:20 DünyaRusiya Xəzər donanmasını yeni raketlər, aviasiya ilə gücləndirməyi planlaşdırır.
Bunu jurnalistlərə açıqlamasında Xəzər donanmasının rəhbəri Sergey Pinçuk deyib. Onun sözlərinə görə, Xəzər donanmasında dəniz piyadalarından ibarət ümumi alay yaradılması nəzərdə tutulub.
O, donanamaya 2 raket kateri və iki kiçik desant gəmisinin daxil ediləcəyini bildirib.
Qeyd edək ki, bu gün Xəzər donanmasının yaradılmasını 296 ili tamam olur. Donanma 1722-ci ildə I Pyotrun əmriylə yaradılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31