Rusiyada İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulub
15 Noyabr 2018 12:48 DünyaRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçu İŞİD qruplaşmasına pul toplayan bir qrupu tutub.
Bu barədə FTX-dən bildirilib.
"Tomsk vilayəti ərazisində terrorçu İŞİD qruplaşmasının maraqlarına maliyyə yardımı göstərilməsi üçün pul toplamaqda iştirak edən dəstənin fəaliyyəti aşkarlanıb", - məlumatda vurğulanıb.
Bildirilib ki, tutulanlar "Telegram"ın bağlı çatlarında İŞİD-ə yardım məqsədilə bank kartları və terrorçular üçün pul ödəmə xidmətlərinin rekvizitlərini paylaşım ediblər.
Onlar terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31