Kraliçanın boyunbağısı dünya rekordu qırdı
15 Noyabr 2018 12:40 Dünyaİsveçrənin Cenevrə şəhərində reallaşdırılan hərracda, fransız kraliça Marie Antoinetteyə aid "inci və almaz" boyunbağı rekord məbləğə satılıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bazar dəyəri 1-2 milyon İsveçrə frankı olaraq təyin olunan kraliçaya məxsus "inci və almaz boyunbağı" adı açıqlanmayan iştirakçı tərəfindən 32 milyon franka satın alınıb.
Məbləğin bu günə qədər kraliyet ləl-cəvahirat satışında "dünya rekordu" olduğu məlum olub.
Qeyd edək ki, Fransız inqilabı zamanı 1793-ci ildə 37 yaşındaykən paytaxt Parisin simvollarından Concorde meydanında gilyotinlə edam edilən Antoinettenin həyatı çox sayda filmə və kitaba mövzu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31