İdmançıların avtobusu aşdı: 16 yaralı
15 Noyabr 2018 11:03 Dünyaİranın Fars vilayətində qadın karateçiləri aparan avtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.
Bunu İranın Fars vilayəti Tibbi Hadisələr və Halların idarə edilməsi idarəsinin direktoru Məhəmməd Cavad Muradian deyib.
Onun sözlərinə görə, hadisə ötən gecə Fars vilayətinin Xürrəmbid rayonu ərazisində baş verib.
İdmançıların İranın yığma komandasının seçmə turunda iştirak etmək üçün Tehran istiqamətində hərəkət edərkən qəzaya uğradığı deyilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31