Ermənistan kommunistləri növbədənkənar seçkiləri boykot edib
14 Noyabr 2018 18:52 DünyaErmənistan Kommunist Partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edib.
Məsələ ilə bağlı partiya bəyanat yayıb.
Buna səbəb olaraq, ölkədə sağlam olmayan siyasi mühit, qeyri-bərabər mübarizə şəraiti əsas göstərilib. Partiya bəyanatında Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı başlayan cinayət işlərinin ittiham edib.
Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Gazprom Armenia" şirkətində iri maliyyə pozuntuları barədə məlumat yayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31